Bakı. Trend:
Biz "PAŞA Kapital" olaraq təminatlı istiqrazlar buraxmağı planlaşdırırıq. Bu, ölkə üzrə bir ilk olacaq.
Trend xəbər verir ki, bunu "PAŞA Kapital"ın direktorunun satış üzrə müşaviri İlqar Tağıyev bankın 2024-cü il üzrə maliyyə nəticələrinə dair mətbuat konfransında deyib.
"Bu layihə ilə bağlı biz artıq İpoteka və Kredit Zəmanət Fondu (İKZF) ilə danışıqlara başlamışıq. Ümumi buraxılış 40 milyon qiymətli kağız təşkil edəcək. Onun 10 milyonu dövlət zəmanətli istiqrazlar olacaq.
Həmin kağızlar bazar tərəfindən daha çox maraqlı olacaq. Çünki investorlar bunu qismən də olsa, dövlət təminatlı kağız kimi öz mühasibat uçotlarında apara biləcəklər", - o qeyd edib.