Bakı. Trend:
Azərbaycan mini-futbol millisinin dünya çempionu Ramiz Çovdarov Almaniyadakı həyatı və futbol karyerası ilə bağlı maraqlı məqamları “PODKAT” layihəsində bölüşüb.
“Meydana çıxırsan – ortada Toni Kroos oynayır, soyunub-geyinmə otağına girirsən – məşqçi Alfonso Devis”, – deyə Ramiz Çovdarov The Icon League turnirinin səviyyəsini təsvir edərək bildirib ki, orada hər qarşılaşma ulduzların şousuna çevrilir.
Çovdarov əlavə edib ki, mini-futboldan əlavə, Almaniyada həm böyük futbolun aşağı liqalarında, həm də futzal üzrə Bundesliqada çıxışını davam etdirir. Onun sözlərinə görə, bu tempdə yaşamaq həm böyük bir çağırış, həm də misilsiz bir zövqdür.
Xatırladaq ki, Ramiz Çovdarov qısa müddət əvvəl Azərbaycan yığmasının heyətində mini-futbol üzrə dünya çempionu olub və turnirin ən yaxşı oyunçusu seçilib.Xatırladaq ki, Ramiz Çovdarov qısa müddət əvvəl Azərbaycan milli komandası ilə birlikdə mini-futbol üzrə dünya çempionu olub və turnirin ən yaxşı oyunçusu seçilib.