...

Rafael Qvaladze vəfat etdi

Gündəm Materials 15 Yanvar 2026 12:15 (UTC +04:00)
Rafael Qvaladze vəfat etdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Sergeyeviç Qvaladze vəfat edib.

Trend-in məlumatına görə, o, yanvarın 15-də uzunsürən xəstəlikdən sonra vəfat edib.

Rafael Qvaladze Azərbaycanın görkəmli hüquqşünası kimi hüquqi dövlət quruculuğu və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər məsul vəzifələrdə uğurla çalışmış, ömrünün 50 ildən çoxunu ölkəmizdə məhkəmə hakimiyyətinin həyata keçirilməsinə həsr edib.

Fəaliyyəti dövrü əzrində Rafael Qvaladze Azərbaycan Respublikasının “Əməkdar hüquqşünası” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!

Xəbər lenti

Xəbər lenti