...

"Qarabağ" - "Ayntarxt" qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli oldu

İdman Materials 15 Yanvar 2026 17:08 (UTC +04:00)
"Qarabağ" - "Ayntarxt" qarşılaşmasının biletlərinin satışa çıxarılacağı tarix bəlli oldu
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək "Qarabağ" - "Ayntarxt" (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Trend xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa sabah, saat 12:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma yanvarın 21-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun 21:45-də start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti