Bakı. Trend:
"PSJ" "Çelsi"nin yarımmüdafiəçisi Enzo Fernandezi transfer etməyi planlaşdırır.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Paris klubu Enzo Mareska ilə yolların ayrılmasından sonra London təmsilçisində yaranan gərgin vəziyyətdən yararlanmaq niyyətindədir.
Lakin "PSJ"nin argentinalı futbolçunu cari qış transfer pəncərəsində deyil, daha sonrakı dövrdə heyətinə qatmağı hədəflədiyi bildirilir.
Qeyd edək ki, Fernandes cari mövsümdə bütün turnirlərdə 30 qarşılaşmada meydana çıxıb, 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "zadəganlar"la müqaviləsi 2032-ci ilin yayına qədər qüvvədədir.
