Bakı. Trend:
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydasına əsasən, müvəkkil təşkilatla sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra bu müqavilə (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsi və birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil təşkilat tərəfindən 5 (beş) iş günü müddətində informasiya sistemi vasitəsilə elektron sənəd formasında "Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinə təqdim ediləcək.
Trend xəbər verir ki, bu, Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi" və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərmana etdiyi dəyişlikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, sənədlərin elektron formada təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlərin surətləri informasiya sistemi vasitəsilə göndəriləcək.
