Bakı. Trend:
Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotiklərlə bağlı istintaq davam edir. İstintaq çərçivəsində tanınmış türkiyəli voleybolçu Derya Çayırgan da daxil olmaqla 13 şübhəli saxlanılıb.
Trend bu barədə Türkiyə mediasına istinadla xəbər verir.
Saxlanılma prosesinin təfərrüatları hələ ki, açıqlanmır.
İstanbul Baş Prokurorluğunun tanınmış şəxslərə qarşı apardığı narkotik istintaqı çərçivəsində 8 oktyabr 2025-ci ildən bu yana bir sıra əməliyyatlar həyata keçirilib. Musiqiçi, menecer və iş adamı daxil olmaqla ictimaiyyətə tanış bir çox şəxs ifadə verib, həmçinin narkotik maddələrdən istifadə ilə bağlı müayinələr üçün qan və saç nümunələri təqdim edib. İstintaq çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilən şəxslər də olub.
18 dekabr 2025-ci ildə Sarıyer, Eyüpsultan, Şişli, Üsküdar, Bakırköy və Esenyurtdakı 7 ünvanda eyni vaxtda keçirilən əməliyyat zamanı aktrisa İrem Sak, sosial media fenomeni Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılmışdı.
