Bakı. Trend:
Ermənistanda korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 5 nəfər saxlanılıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsinin yaydığı məlumatda bildirilir.
Saxlanılanlar arasında Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsində rəhbər vəzifələr tutan şəxslər də var.
“Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. İlkin istintaqın maraqlarını nəzərə alaraq, hazırda hər hansı əlavə təfərrüat təqdim edə bilmirik”, – məlumatda qeyd olunur.
