...

“Əl-Əhli” klubu Serbiya millisinin yarımmüdafiəçisi ilə danışıqlar aparır

İdman Materials 15 Yanvar 2026 13:43 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu heyətini Serbiya millisinin yarımmüdafiəçisi Nemanya Qudellə gücləndirmək istəyir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, ərəblər Ciddə şəhərinin təmsilçisi 34 yaşlı yarımmüdafiəçi üçün “Sevilya”ya rəsmi təklif də göndərib.

Təcrübəli futbolçunun Əndəlusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Qudel karyerası ərzində “AZ Alkmaar”, “Ayaks”, “Tianjin Teda”, “Quanjou Everqrand”, “Sportinq”(Lissabon) klublarında oynayıb və 2019-cu ildə “Sevilya”ya keçib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti