Bakı. Trend:
Ötən il DSMF tərəfindən 1.7 milyon vətəndaşa aylıq əsasla 803 milyon manat sosial ödənişlər keçirilib.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğin böyük qismi əmək pensiyalarının (74 faizi), 14 faizi isə sosial ödənişlərin payına düşüb:
"Ötən il ödənişlərin 7 milyardan çoxu DSMF-nin hesabına ödənilib. Əhaliyə ödənişlər 2025-ci ildə 622 milyon manat artıb. 2025-ci ildə Fondun xərcləri 7 milyard 518 milyon manat, gəlirlər isə 6.5 milyard manat məbləğində olub".
