Bakı. Trend:
Ötən il fevralın 1-dən minimum pensiya 14,3 faiz artırılaraq 280 manatdan 320 manata çatdırılıb.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ötən il ölkəmizdə növbəti, 2018-ci ildən isə beşinci sosial islahat zərfinin 3 milyon vətəndaşı əhatə edib:
"İllik əlavə olaraq 1,4 milyard manat vəsaitin ayrılıb və bu islahat zərfi çərçivəsində ötən il əməkhaqları ilə yanaşı, pensiya, müavinət və təqaüdlərin də artırılması təmin edilib. Keçən ilin əvvəlindən pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və 1,1 milyon pensiyaçını əhatə edən bu artımlar üçün illik əsasda 520 milyon manat vəsait ayrılıb. Həmçinin fərdi şəxsi hesablardakı pensiya kapitalları 2,2 faiz indeksləşdirilərək artırılıb".
