Bakı. Trend:
Azərbaycan Respublikasının Səhiyyə Naziri Teymur Musayev Türkiyə Respublikasının Ufuk Universiteti (Ankara) Yol Qəzalarına Yardım Fondunun Prezidenti, professor Recai Pabuççunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə həmçinin, Ufuk Universitetinin rektoru, professor Əhməd Hakan Haliloğlu da iştirak edib.
Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri
çərçivəsində səhiyyə və beynəlxalq əməkdaşlıq imkanları,
elmi-tədqiqat və kadr hazırlığı istiqamətlərində təcrübə
mübadiləsi, tibbi reabilitasiya, yol-nəqliyyat hadisələri
nəticəsində xəsarət alan şəxslərə göstərilən tibbi xidmətlərin
təkmilləşdirilməsi məsələləri müzakirə olunub.
Tərəflər səhiyyə xidmətlərinin keyfiyyətinin artırılması,
reabilitasiya və profilaktika sahəsində müasir yanaşmaların
tətbiqi, tibb tələbələri və rezidentlər üçün təcübə mübadiləsi
proqramlarının təşkili, reproduktiv tibb sahəsində birgə
tədqiqatlarının reallaşdırılması, eləcə də bu istiqamətlərdə
müştərək layihələrin həyata keçirilməsi imkanları barədə fikir
mübadiləsi aparıblar.
Görüşdə qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın davam
etdirilməsinin vacibliyi vurğulanıb.
