Bakı. Trend:
İran səmasında uçuşlar normal qaydada həyata keçirilməkdədir.
Trend-in məlumatına görə, bununla əlaqədar İranın Mülki Aviasiya Təşkilatı məlumat yayıb.
Məlumata görə, İran səması keçid, gəliş və gediş uçuşlarını qəbul edir və hazırda aeroportlarda sərnişinlərə xidmətlər göstərilir.
Məlumatda sərnişinlərdən aeroporta getməzdən öncə uçuş haqqında məlumat almaq tövsiyə olunub.
Qeyd edək ki, ötən gecə KİV-də İranın səmasının ABŞ-nin ehtimal olunan hücumu ilə bağlı bağlandığı və sonradan açıldığı haqda məlumat yayılıb.
Əlavə edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.
