...

Polşa Ukraynaya verəcəyi qırıcıların sayını açıqladı

Dünya xəbərləri Materials 15 Yanvar 2026 16:38 (UTC +04:00)
Polşa Ukraynaya verəcəyi qırıcıların sayını açıqladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Polşa Ukraynaya öz arsenalından 9-a qədər “MiQ-29” qırıcı ötürməyi planlaşdırır. Qərar artıq qəbul edilib və hazırda Kiyevlə detallar müzakirə olunur.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Pavel Zalyevski "TVP World" telekanalına açıqlamasında bildirib.

“Biz Ukrayna Müdafiə Nazirliyindən cavab gözləyirik. Danışıqlar davam edir. Hazırda yalnız texniki müzakirələr aparılır”, – deyə Zalyevski əlavə edib.

Onun sözlərinə görə, Kiyev qırıcıların ötürülməsi ilə bağlı təklifi dəstəkləyir və hazırda logistika və texniki məsələlər yekunlaşdırılma mərhələsindədir.

"İlkin tədarük 10 təyyarədən az olacaq", – deyə nazir müavini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti