Bakı. Trend:
İnformasiya sistemlərinin təkmilləşdirilməsi və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hesablama Palatasında informasiya texnologiyalarının inkişaf strategiyası hazırlanır.
Trend xəbər verir ki, bu, Palatanın 2026–2030-cu illəri əhatə edən Strateji Planında əsas prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.
Bildirilib ki, Resursların İdarə olunmasının Daxili Elektron Sistemində (RİDES) fəaliyyətin təkmilləşdirilməsinə xidmət edən müxtəlif (təlim, insan resursları, strateji sənədlərin izlənməsi, keyfiyyətin idarə edilməsi və s. üzrə) modullar yaradılmış, həmçinin Audit Fəaliyyətinin İdarəolunması Sisteminin (AFİS) tam tətbiqi 13 təmin edilmiş, bu sistemdə müxtəlif təkmilləşdirilmələr aparılıb.
Vurğulanıb ki, hazırda Dövlət Auditi İnformasiya Sisteminin qurulmasına başlanılıb.
“Hesablama Palatasının təşəbbüsləri fonunda dövlət orqanlarının elektron məlumat bazalarına məsafədən çıxış imkanlarının yaradılması mümkün olmamışdır”, - məlumatda qeyd edilib.
