...

"Neftçi"nin sabiq müdafiəçisi Qırğızıstan klubuna keçdi

İdman Materials 15 Yanvar 2026 20:32 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Neftçi"nin sabiq futbolçusu Solomon Kvirkveliya karyerasını Qırğızıstanda davam etdirəcək.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, gürcüstanlı müdafiəçi "Toktoqul"la anlaşıb.

33 yaşlı mərkəz müdafiəçisi ilə 2027-ci ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Solomon Kvirkveliya 2022/2023 mövsümündə "Neftçi"də çıxış edib. Gürcüstan millisinin üzvünün son klubu ölkəsində Kutaisi "Torpedo"su olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti