...

Qrenlandiyanın aqibəti ilə bağlı ABŞ-Danimarka danışıqlarının nəticələri məlum oldu

Dünya xəbərləri Materials 15 Yanvar 2026 12:02 (UTC +04:00)
Qrenlandiyanın aqibəti ilə bağlı ABŞ-Danimarka danışıqlarının nəticələri məlum oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Danimarka və ABŞ administrasiyalarının nümayəndələri arasında Qrenlandiya məsələsi ilə bağlı aparılan danışıqların nəticələri məlum olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Danimarkanın XİN rəhbəri Lars Lekke Rasmussen bu haqda jurnalistlərə açıqlama verib.

“Hələ də prinsipial məsələlərdə fikir ayrılıqlarımız qalmaqdadır. Biz ABŞ-nin mövqeyini dəyişməyə nail olmadıq”,- deyə diplomat vurğulayıb.

Onun sözlərinə görə, adanın gələcək aqibəti ətrafında Ağ Evdə aparılan müzakirələr açıq və konstruktiv olsa da, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti