Bakı. Trend:
“Visa” korporasiyası Azərbaycanın başqa şəhərlərində də gediş haqqının nağdsız ödənişinin tətbiqi üçün tərəfdaşlarlar əməkdaşlığa açıqdır.
Bunu Trend-ə verdiyi özəl müsahibədə “Visa”nın Azərbaycandakı baş direktoru və regional meneceri Nurlan Hacıyev bildirib.
Azərbaycanın ödəniş bazarının dinamikası
Baş direktor bildirib ki, Azərbaycanın rəqəmsal iqtisadiyyatı inamla inkişaf edir: Mərkəzi Bankın məlumatlarına görə, bu gün ödənişlərin 67 faizi, tranzaksiyaların isə 91 faizi nağdsız formada həyata keçirilir.
“Visa"nın statistikası da bu dinamikanı təsdiqləyir. 2025-ci ilin sonunda ölkədə Visa kartlarının sayı özünəməxsus rekorda çataraq əhalinin sayını ötmüşdür. Bu isə nağdsız ödənişlərin, o cümlədən “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən tokenləşdirilmiş tranzaksiyaların populyarlığının artdığını göstərir.
“Visa”nın statistikası da bu dinamikanı təsdiqləyir. 2025-ci ilin sonunda ölkədə Visa kartlarının sayı özünəməxsus rekorda çataraq əhalinin sayını ötmüşdür. Bu isə nağdsız ödənişlərin, o cümlədən “Apple Pay” və “Google Pay” vasitəsilə həyata keçirilən tokenləşdirilmiş tranzaksiyaların populyarlığının artdığını göstərir”,- deyə o bildirib.
N. Hacıyev vurğulayıb ki, alışlardan keşbek və digər bonuslar əldə etməyə imkan verib“Visa Rewards” kart sahiblərinin sayı iki dəfədən çox artıb.
“Ödənişlərin həcminə gəldikdə isə burada da yüksək artım templəri müşahidə olunur: “Visa Signature” üzrə əməliyyatların həcmi faktiki olaraq iki dəfə artmış, “Visa Rewards” və “Visa Infinite” kartları üzrə isə 1,5 dəfədən çox artım qeydə alınmışdır.
Bu rəqəmlər göstərir ki, tələbkar istifadəçilər üçün artıq kartların baza funksiyaları kifayət etmir. Tələb getdikcə əlavə üstünlüklərə - Visa tərəfdaşlarının xüsusi təkliflərinə, səyahət imtiyazlarına və fərdiləşdirilmiş xidmətlərə doğru yönəlir”,-deyə o əlavə edib.
Nəqliyyatda nağdsız hesablaşmaların inkişafı barədə
“Nəqliyyatda nağdsız hesablaşmalar bizim xüsusi qürur mənbəyimizdir. Azərbaycan gediş haqqının ödənilməsi üzrə ən müasir modelləri tətbiq edən ölkələr sırasına daxildir.
2025-ci ilin noyabrında Visa-nın dəstəyi ilə Bakı metrosunda və avtobuslarda, həmçinin Gəncə şəhərinin avtobuslarında təmassız ödəniş sistemi istifadəyə verilmişdir. Ödənişi həm kartla, həm də “Apple Pay” və “Google Pay” vasitəsilə etmək olar — smartfonu və ya saat, yaxud ödəniş üzüyü kimi digər qadcetləri terminala yaxınlaşdırmaq kifayətdir. Bütün tərəfdaşların – Azərbaycan Mərkəzi Bankı, Kapital Bank, BakıKart və Payriff-in səyləri sayəsində yüz minlərlə azərbaycanlı hər gün gediş haqqını sadə, təhlükəsiz və əlavə çətinlik çəkmədən ödəyə bilməsi üçün bu layihə reallaşdırılmışdır”,- deyə “Visa” regional meneceri bildirib.
O vurğulayıb ki, şirkət ölkədə nəqliyyat sahəsində hesablaşma ilə bağlı həllərin inkişaf etdirilməsi istiqamətində sistemli fəaliyyəti davam etdirir.
“Hələ 2021–2022-ci illərdə Azərbaycan Dəmir Yolları, Azərbaycan Beynəlxalq Bankı və Mərkəzi Bank ilə birlikdə Bakı–Sumqayıt marşrutu üzrə bütün 14 dəmir yolu stansiyasında təmassız ödəniş sistemini tətbiq etmişik, həmçinin Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda ilk dəfə olaraq innovativ “Mobility & Transit Transaction” (MTT) modelini təqdim etmişik. Bu texnologiya 24 saat ərzində bütün gedişləri bir tranzaksiyada birləşdirir. Təcrübədə bu, əgər şəxs gün ərzində bir neçə gediş edirsə və ya marşrutda məsafədən asılı olaraq çevik tariflər, yaxud müəyyən kateqoriyalı sərnişinlər üçün güzəştlər müəyyən edilibsə, ödənişin sistem tərəfindən birdəfəlik silinməsinə imkan verir — həm rahat, həm də şəffafdır,”-deyə N. Hacıyev bildirib.
O bildirib ki, şirkət Azərbaycan sakinlərinin ölkənin istənilən regionunda gediş haqqını rahat və maneəsiz şəkildə ödəyə bilmələri üçün digər şəhərlərdə də nağdsız ödənişlərin tətbiqi məqsədilə tərəfdaşlarla əməkdaşlığa açıqdır.
Azərbaycanda elektron ticarətin inkişafı üçün “Visa” həlləri
N.Hacıyevin sözlərinə görə, “E-commerce” ən perspektivli seqmentlərdən biridir və bizim məqsədimiz onlayn alış-verişi maksimum dərəcədə rahat və təhlükəsiz etməkdir.
Elektron ticarətdə Visa kartları ilə aparılan əməliyyatların təhlükəsizliyini “Visa Token Service” tokenləşdirmə texnologiyası təmin edir. Bu texnologiya tranzaksiya prosesi zamanı kartın real məlumatlarını unikal rəqəmsal identifikatorla – tokenlə əvəz etməyə imkan verir; beləliklə, hətta həmin token kənar şəxslərin əlinə düşsə belə, ondan istifadə etmək qeyri-mümkündür.
Həmçinin bizdə tokenləşdirmə əsasında işləyən və elektron ticarətin rahatlığını yeni səviyyəyə çatdıran “Click to Pay” texnologiyası mövcuddur. Adətən internet-mağazalarda ödəniş edərkən hər dəfə kartın nömrəsini, istifadə müddətini və CVV kodunu daxil etmək tələb olunur. “Click to Pay” ilə bu məlumatlar yalnız bir dəfə daxil edilir və tokenləşdirilmiş formada təhlükəsiz yaddaşda saxlanılır; növbəti alış-veriş zamanı isə bu xidmətin nişanı olan dünyanın istənilən ticarət platformasında ödəniş bir kliklə baş tutur. Bu, həm daha sürətli və təhlükəsizdir, həm də məlumatların əllə daxil edilməsi zamanı yaranan səhvləri aradan qaldırır”,-deyə regional menecer bildirib.
O diqqətə çatdırıb ki, “Click to Pay” ilə vəhdətdə çalışan “Visa Passkey” texnologiyası — barmaq izinin skan edilməsi və ya üzün tanınması vasitəsilə istifadəçinin şəxsiyyətini təsdiqləməyə və onlayn ödənişə icazə verməyə imkan yaradan biometrik autentifikasiya xidmətidir.
“Bu gün biometriya tranzaksiyaların qorunmasının ən etibarlı üsullarından birinə çevrilir: o, parolları və birdəfəlik kodları əvəz edərək ödəniş prosesini eyni zamanda həm daha rahat, həm də daha təhlükəsiz edir. Azərbaycanda biz "BirMarket, "Bakcell", "Wolt", "Bolt", "Trendyol", "189 taxi" və "Yığım" daxil olmaqla, tərəfdaşlarımızla birlikdə "Apple Pay" və "Google Pay" vasitəsilə elektron ticarətdə ödəniş zamanı tokenləşdirməni istifadəyə vermişik. Əslində bu, mobil ödənişlərin rahatlığının internet-mağazalara daşınmasıdır. Bu həllər Azərbaycanda rəqəmsal ticarətin inkişafını sürətləndirir və istifadəçi təcrübəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırır”
“Visa”nın Azərbaycandakı komandasının istiqamətləri barədə
“İlk növbədə, yeni ofisin açılması Azərbaycanın Visa üçün strateji əhəmiyyətli bazar olduğunu vurğulayır. Yeni ofis və genişlənmiş komanda bizə tərəfdaşlarımızla birlikdə Azərbaycanda layihələri daha sürətlə həyata keçirməyə imkan verir. Hazırda Bakı filialında biznesin inkişafı, konsaltinq, məhsullar, marketinq və bir çox digər istiqamətlər üzrə mütəxəssislər çalışır. Bununla belə, ofis yalnız Azərbaycan üçün fəaliyyət göstərmir: komandanın bir hissəsi ölkə xaricindəki layihələrə cavabdehdir. Bu fəaliyyət həm Ukrayna, Gürcüstan, MDB və Cənub-Şərqi Avropa daxil olmaqla subregionun 17 ölkəsini əhatə edir.
Strateji baxımdan yanaşsaq, bu, ölkənin uzunmüddətli iqtisadi artımına yatırılan investisiyadır. Ödəniş infrastrukturunun inkişafı üçün azərbaycanlı iştirakçılarla daha sıx əməkdaşlıq etməklə, biz istifadəçilər üçün rəqəmsal hesablaşmaların rahatlığını və təhlükəsizliyini artırır, biznes proseslərini optimallaşdırmağa, dövlətə isə rəqəmsal iqtisadiyyatı inkişaf etdirməyə kömək edirik”,- deyə o bildirib.
Şirkətin yaxın illər üçün nəzərdə tutulan strategiyası barədə
N.Hacıyev bildirib ki, “Visa”nın 2030-cu ilə qədər olan strategiyası üç əsas istiqaməti əhatə edir:
“Birincisi – istehlakçı ödənişləri ilə bağlı imkanların artırılması. Bura hər şey daxildir: mağazalarda ödənişlər, onlayn alış-verişlər, nəqliyyatda gediş haqqının ödənilməsi. Biz hər bir Visa kart sahibinin gündəlik yolunun maneəsiz olması üzərində çalışırıq: işə gedərkən avtobusda gediş haqqının təmassız ödənilməsindən tutmuş, nahar fasiləsində kofe alınmasına və axşam asudə vaxtda onlayn alış-verişə qədər.
İkinci istiqamət – yeni ödəniş axınlarının inkişafıdır. Söhbət şirkətlər, dövlət və vətəndaşlar arasındakı əməliyyatların və digər sahələrin rəqəmsallaşdırılmasından gedir. Visa kiçik biznesdən tutmuş dövlət strukturlarına qədər bütün seqmentlərlə aktiv şəkildə işləyərək ödəniş proseslərinin sürətləndirilməsinə və avtomatlaşdırılmasına kömək edir.
Və nəhayət, strategiyamızın üçüncü “sütunu” əlavə servis və xidmətlərdir. Bura fırıldaqçılığın qarşısının alınması alətləri, analitika, tərəfdaşlarımıza səmərəliliyi və rəqabət qabiliyyətini artırmağa kömək etmək üçün təqdim etdiyimiz marketinq və konsaltinq xidmətləri daxildir”, -deyə o vurğulayıb.
Regional menecer vurğulayıb ki, bütün bu istiqamətlər Azərbaycanda da aktiv şəkildə həyata keçirilir.
Məsələn, əlavə xidmətlər çərçivəsində bizim konsaltinq bölməmiz böyük verilənlərdən (big data) istifadə edə, konkret seqmentlərdə ümumi, o cümlədən davranış tendensiyalarını öyrənə və məhsulların təkmilləşdirilməsi üçün tövsiyələr verə bilər. Azərbaycandakı bir çox tərəfdaşlarımız artıq bu yanaşmanın effektivliyinə əmin ola bilmişlər”,-deyə o bildirib.
Hacıyevin sözlərinə görə, şirkət üçün mühüm istiqamətlərdən biri də Azərbaycanda böyük tələbat olan premium kart məhsullarının inkişaf etdirilməsidir. Premium müştərilər üçün ən çox tələbat olan üstünlük səyahət imtiyazları olaraq qalır.
“Biz Visa premium kart sahiblərinə Bakı hava limanına və geriyə transfer xidməti, eləcə də Azərbaycandan uçuşların populyar istiqamətləri olan Antalya, Alanya, İstanbul, Əbu-Dabi və Dubayda analoji servis təqdim edirik və bu coğrafiyanı genişləndirməyi planlaşdırırıq.
Bundan əlavə, premium kart sahibləri üçün dünyanın 1200-dən çox hava limanında biznes-zallar, pulsuz internet-rouminq, nəzarətdən sürətli keçid üçün “Fast Line” xidməti və digər VİP xidmətlər, endirimlər və bonuslar əlçatandır. Gələcəkdə biz bu seqmenti səyahətlər və gündəlik həyat üçün yeni imtiyazlarla zənginləşdirərək inkişaf etdirməyə davam edəcəyik”,-deyə o vurğulayıb.
Agent ticarətinin inkişafı barədə
N.Hacıyev vurğulayıb ki, agent ticarəti — ticarətin təkamülündə yeni bir mərhələdir; bunu oflayn alış-verişdən onlayn alış-verişə, daha sonra isə mobil ticarətə keçidlə müqayisə etmək olar. Hazırda biz rəqəmsal agentlərin süni intellekt əsasında insanlara alış-veriş etməkdə kömək edəcəyi yeni bir dövrün astanasındayıq.
“Hazırda biz rəqəmsal agentlərin süni intellekt əsasında insanlara alış-veriş etməkdə kömək edəcəyi yeni bir dövrün astanasındayıq.
Bu gələcəyin əsasını "Visa"nın 2025-ci ilin aprelində elan etdiyi “Visa Intelligent Commerce” təşəbbüsü təşkil edir. Biz qlobal VisaNet şəbəkəmizi istifadəçini rutin işlərdən azad edərək onun adından fəaliyyət göstərə bilən “ağıllı” alış-veriş köməkçiləri hazırlayan dünyanın aparıcı süni intellekt platformaları üçün açmışıq.
Bu necə işləyəcək? Təsəvvür edin ki, sizə yeni sviter lazımdır. Sİ-agent (süni intellekt agenti) sizin ölçülərinizi, rəng və material seçimlərinizi bilir, malları müqayisə edir, optimal təklifi axtarıb tapır, sifarişi və çatdırılmanı rəsmiləşdirir, həmçinin hər şeyi Visa kartı ilə ödəyir. Sizə yalnız alışı təsdiqləmək qalır. Bütün proses şəffaf, təhlükəsiz və tamamilə sizin nəzarətinizdədir”,- deyə o bildirib.
Regional menecerin sözlərinə görə, oktyabr ayında şirkət “Trusted Agent Protocol”u — ticarət platformaları və Sİ-agentlərinin düzgün qarşılıqlı əlaqə qurmasına imkan verən qaydalar və tələblər toplusunu təqdim edib. Bu, yaxın illərdə azərbaycanlıların da yararlana biləcəyi gələcəyin agent ticarətinin yaradılması yolunda mühüm bir addımdır.
“Bu, yaxın illərdə azərbaycanlıların da yararlana biləcəyi gələcəyin agent ticarətinin yaradılması yolunda mühüm bir addımdır.
Və sözsüz ki, süni intellekt ticarətinin gələcəyi etibarlı və rahat ödəniş bünövrəsi olmadan mümkün deyil. Məhz buna görə də “Click to Pay” və “Visa Passkey” həlləri burada əsas rol oynayacaq: “Click to Pay” kart məlumatlarını daxil etmədən ödəniş etməyə şərait yaradır, “Visa Passkey” isə biometriya vasitəsilə əməliyyatın dərhal təsdiqlənməsini təmin edir”,-deyə o bildirib.
2026-cı ilə olan gözləntilər
N.Hacıyev bildirib ki, şirkət istehlakçı ödənişlərindən tutmuş elektron ticarətə və nəqliyyatda nağdsız ödənişlərə qədər bütün seqmentlərdə rəqəmsal iqtisadiyyatın dayanıqlı artımını gözləyir.
“Bazar daha rəqəmsal, rahat və istifadəçi yönümlü olacaq, Visa isə yeni texnologiyalar tətbiq etməyə, məhsul və xidmətləri inkişaf etdirməyə, yeni kanal və istiqamətlər açmağa davam edərək tokenləşdirmə əsasında təhlükəsiz, rahat və innovativ ödəniş ekosistemini genişləndirəcək”
Regional menecer qey edib ki, “Visa” üçün xüsusi prioritet – fırıldaqçılıqla mübarizədir.
Son beş il ərzində Visa bütün dünyada təhlükəsizlik texnologiyalarının inkişafına 13 milyard dollardan çox investisiya yatırmışdır. Bu investisiyalar sayəsində 2025-ci ildə elektron ticarətdə bloklanan fırıldaqçı tranzaksiyaların sayı əvvəlki illə müqayisədə demək olar ki, iki dəfə artmışdır və ekosistemimizdə fırıldaqçılıq səviyyəsi 8% azalmışdır. Həmçinin, “Visa Scam Disruption” qlobal bölməsinin fəaliyyət göstərdiyi bir il ərzində biz 25 000-dən çox maliyyə sxemini ifşa etməyə və 1 milyard dollardan çox məbləğdə fırıldaqçılıq cəhdinin qarşısını almağa nail olmuşuq .
Təhlükələri aşkar etmək üçün real vaxt rejimində davranış analizindən istifadə edən “Featurespace” platforması, habelə elektron ticarətin müdafiəsi üzrə aparıcı həllərdən biri olan “Cybersource” kimi qabaqcıl texnologiyaları inkişaf etdirməklə bu istiqaməti daha da gücləndirəcəyik. Bununla yanaşı, tranzaksiyaların daha yüksək səviyyədə qorunmasını, daha mükəmməl ödəniş təcrübəsini və müştərilərimizlə tərəfdaşlarımız üçün fərdiləşdirilmiş həlləri təmin etmək məqsədilə ödəniş və ticarət sahəsində süni intellektin tətbiqini genişləndirəcəyik.
Biz əminik ki, Azərbaycan nağdsız gələcəyə doğru yolda bundan sonra da səmərəli nəticələr nümayiş etdirəcək və bu tərəqqinin bir hissəsi olmaq bizim üçün böyük şərəfdir,”- deyə regional menecer yekunlaşdırıb.
