Bakı. Trend:
2026-cı ildə əmək pensiyalarında indeksləşdirmə ilə 9 faiz civarında artım gözlənilir.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, ötən il artımlar indeksləşdirmə ilə 8.1 faiz olub:
"Əmək pensiyalarında artım Qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə ilə həyata keçirilir. Yaxın günlərdə bununla bağlı qərar verilməlidir. Bu il üçün əmək pensiyalarında indeksləşdirilmə ilə 9 faiz civarında artımı gözlənilir".
