...

Vaşinqton görüşü Azərbaycan üçün regional liderlik perspektivlərini göstərir - Politoloq

Siyasət Materials 15 Yanvar 2026 14:41 (UTC +04:00)
Vaşinqton görüşü Azərbaycan üçün regional liderlik perspektivlərini göstərir - Politoloq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Xəbər vediyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin dövlət katibi Marko Rubio ilə Vaşinqtonda görüş keçirib. Görüşdə regiona aid məsələlər müzakirə edilib.

Məsələni Trend-ə şərh edən Azər Qarayev bildirib ki, Cənubi Qafqazda davam edən normallaşma proseslərinin beynəlxalq müstəvidə dəstəklənməsi baxımından müsbət addım kimi qiymətləndirmək olar:

"Vaşinqtonda aparılan müzakirələr göstərir ki, ABŞ regionda uzunmüddətli sabitliyin təmin olunmasında maraqlıdır və bu prosesdə Ermənistan–Azərbaycan sülh gündəliyini əsas prioritetlərdən biri hesab edir.

Xüsusilə Bakı ilə İrəvan arasında sülh prosesinin institusional əsaslar üzərində qurulmasının vacibliyinin vurğulanması Azərbaycanın irəli sürdüyü prinsipial mövqe ilə üst-üstə düşür. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, sülh razılaşmaları konkret hüquqi mexanizmlərə, qarşılıqlı tanınmaya və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıdır. Bu baxımdan, Vaşinqtonda səslənən fikirlər Azərbaycanın regionda dayanıqlı sülhün qurulmasına verdiyi töhfələrin beynəlxalq səviyyədə də nəzərə alındığını göstərir".

Politoloq xatırladıb ki, eyni zamanda, TRIPP layihəsi üzrə çərçivə sazişinin təsdiqlənməsi regionda iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi perspektivlərini gündəmə gətirir:

"Bu cür təşəbbüslərin uğurlu olması isə ilk növbədə Azərbaycanın iştirakına və regional əməkdaşlıqdakı aparıcı roluna bağlıdır. Azərbaycan artıq öz təşəbbüsləri ilə Cənubi Qafqazı mühüm nəqliyyat və enerji qovşağına çevirib və bu reallıq yeni beynəlxalq layihələr üçün möhkəm zəmin yaradır".

A.Qarayev qeyd edib ki, ümumilikdə, Mirzoyan–Rubio görüşü göstərir ki, sülh və rifah gündəliyi regional aktorların, xüsusilə Azərbaycanın konstruktiv mövqeyi fonunda daha real məzmun almaqdadır:

"Proseslərin müsbət məcrada davam etməsi həm Ermənistan–Azərbaycan münasibətlərinin normallaşmasına, həm də Cənubi Qafqazda sabitliyin və əməkdaşlığın güclənməsinə xidmət edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti