...

İsraildə güclü zəlzələ oldu

Dünya xəbərləri Materials 15 Yanvar 2026 12:12 (UTC +04:00)
İsraildə güclü zəlzələ oldu
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin cənubunda güclü zəlzələ olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, Rixter cədvəli ilə 4,2 bal gücündə olan zəlzələnin episentri Dimona şəhəri yaxınlığında yerləşib.

Seysmik hadisə ilə əlaqədar İsrailin Daxili Cəbhə Kommandanlığı Ölü dənizi bölgəsində və Negev səhrasının cənubundakı yaşayış məntəqələrində zəlzələ xəbərdarlığı elan edib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti