...

Naxçıvanda yeni təyinat

Cəmiyyət Materials 15 Yanvar 2026 16:57 (UTC +04:00)
Naxçıvanda yeni təyinat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Nihad Xalid oğlu Qurbanov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini təyin edilib.

Trend xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini Nihad Xalid oğlu Qurbanova həvalə edilib.

Digər Sərəncamla Rövşən Əbülfəz oğlu Sadıxov “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyəti sədrinin müavini vəzifəsindən azad edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti