Bakı. Trend:
Beynəlxalq təcrübədə məcburi dövlət sığorta haqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi praktikası yoxdur.
Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında jurnalsitlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində pensiya kapitalı şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınan vəsaitdir:
"Biz məcburi dövlət sosial sığorta haqqları hesabına qeydə alınan vəsaitdən danışırıq. Yəni, bu vəsait pensiya hüququ yarandığı halda istifadə edilə bilər. Bu, hüquqi tərəfdir. Məntiqi tərəfdən baxsaq, pensiya hüququ yaranmadan bu vəsaitdən istifadə necə doğru ola bilər? Beynəlxalq təcrübədə məcburi dövlət sığorta haqqları hesabına qeydə alınan vəsaitin vaxtından əvvəl əldə edilməsi praktikası yoxdur. Gələcəkdə özəl pensiya fondları barədə qanun olarsa nəsə əlavə ödənişlər verilərsə, bu məsələyə gələcəkdə baxıla bilər".
