Bakı. Trend:
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilib.
Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Qanun imzalayıb.
Qanunun mətnində deyilir:
“379.4-2. Ekspeditora qarşı nəqliyyat-ekspedisiya müqaviləsinin icrasından yaranan pretenziyanın verilməsi ilə əlaqədar iddia müddətinin axımı həmin pretenziyanın ekspeditora verildiyi gündən etibarən pretenziyaya cavab alınanadək və ya cavab üçün müəyyən edilmiş müddət bitənədək dayandırılır.”;
1.2. 851-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 851. Yük göndərən, yük alan və daşıyıcı
851.1. Yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı yük daşınması müqaviləsi əsasında və haqq müqabilində baqaj, yük və ya poçt daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır.
851.2. Daşıyıcılar yükün daşınması ilə bağlı sifarişlər daxil olduqda həmin sifarişlərin normativ hüquqi aktlara və daşıyıcıların müəyyən etdiyi tələblərə zidd olmaması şərtilə yük daşınması müqaviləsini bağlayırlar. Həmin müqavilənin imzalanmasına sifarişlərin daxil olduğu gündən etibarən ən geci 5 (beş) iş günü ərzində, tez xarab olan yüklərə münasibətdə isə 2 (iki) iş günü ərzində razılıq verilməli, eləcə də müqavilə imzalandıqdan sonra yük göndərənin müəyyən etdiyi yerdə və tarixdə daşınmanın həyata keçirilməsinə başlanılmalıdır.”;
1.3. 852-ci maddə üzrə:
1.3.1. 852.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“852.1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.”;
1.3.2. 852.2-ci maddəyə “göndərənin” sözündən sonra “və ya yük alanın” sözləri əlavə edilsin;
1.3.3. 852.3-cü maddənin birinci və beşinci cümlələrində “göstərişlərinə” sözü “tapşırıqlarına” sözü ilə əvəz edilsin;
1.3.4. 852.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“852.4. Ekspeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.”;
1.3.5. 852.5-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.10-cu maddəsində qeyd edilən hal istisna olmaqla, ekspeditor yük göndərənin tapşırıqlarından bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır.”;
1.3.6. aşağıdakı məzmunda 852.6-cı maddə əlavə edilsin:
“852.6. Nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin, “Nəqliyyat haqqında”, “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının və bu sahədə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələblərinə uyğun olaraq tənzimlənir.”;
1.4. 859-cu maddə üzrə:
1.4.1. 859.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“859.1. Yükün itirildiyi, məhv olduğu, əskik çıxdığı və ya zədələndiyi (xarab olduğu), eləcə də bu Məcəllənin 851.2-ci maddəsinin tələblərini pozduğu halda daşıyıcı dəymiş zərərin və müştərinin əldən çıxmış gəlirlərinin tam dəyərini ödəyir, eləcə də daşıma haqqını qaytarır. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, eləcə də müqavilə ilə müəyyən edilmiş çatdırılma müddətinin bitdiyi tarixdən 30 (otuz) gün sonra yük alana təhvil verilməzsə, əksi sübut edilənədək yük itirilmiş sayılır.”;
1.4.2. 859.3-cü maddənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“859.3. Əgər daşıyıcı yükün itirilməsinin, məhvinin, əskik çıxmasının və ya zədələnməsinin (xarab olmasının), habelə bu Məcəllənin 851.2-ci maddəsinin tələblərinin pozulmasının aşağıdakılar nəticəsində baş verdiyini sübuta yetirərsə, bu Məcəllənin 859.1-859.2-ci maddələrində nəzərdə tutulan məsuliyyət tətbiq edilmir:”;
1.5. 861-ci maddə üzrə:
1.5.1. 861.1-ci maddənin birinci cümləsinə birinci halda “gündən” sözündən sonra “, bu Məcəllənin 851.2-ci maddəsində qeyd edilən yük daşınması müqaviləsi bağlanılmadığı halda həmin müqavilənin bağlanılmalı olduğu sonuncu gündən” sözləri əlavə edilsin;
1.5.2. 861.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“861.2. Nəqliyyat-ekspedisiya xidmətləri ilə əlaqədar ekspeditora qarşı yaranan tələblər üzrə pretenziya verilməsi və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə uyğun həyata keçirilir.”.
Maddə 2. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 7, maddə 444 (Cild I); 2024, № 2, maddə 134, № 4, maddə 365; 2025, № 1, maddə 1) aşağıdakı dəyişikliklər edilsin:
2.1. aşağıdakı məzmunda 3-1-ci maddə əlavə edilsin:
“Maddə 3-1. Ticarət gəmiçiliyi sahəsində nəqliyyat-ekspedisiya xidmətləri
Ticarət gəmiçiliyi sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Məcəllənin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Nəqliyyat haqqında” və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.”;
2.2. 87.6-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“87.6-1. Ekspeditor nəqliyyat-ekspedisiya müqaviləsi əsasında müəyyənləşdirilən nəqliyyat-ekspedisiya xidmətlərini müştərinin tapşırığı və vəsaiti hesabına göstərən və ya üçüncü şəxslər vasitəsilə göstərilməsini təşkil edən hüquqi şəxs və ya fərdi sahibkardır.”;
2.3. 313.4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“313.4. Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi (ekspeditor xidmətlərinin şəxsi, ailə, məişət və sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan digər tələbatların ödənilməsi üçün göstərilməsi zamanı iddianın qaldırılması istisna olmaqla) məcburidir.”;
2.4. 314.2-ci maddəyə “verilməsi” sözündən sonra “yük-nəqliyyat sənədində,” sözləri əlavə edilsin;
2.5. 317.1-ci maddəyə “yazılı” sözündən sonra “(kağız daşıyıcıda və ya elektron sənəd formasında)” sözləri əlavə edilsin.
Maddə 3. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 399 (Cild I); 2025, № 4 (I kitab), maddə 319, № 6, maddə 524) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 9-cu maddəyə aşağıdakı məzmunda 4-cü hissə əlavə edilsin:
“4. Nəqliyyat sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər bu Qanunun, Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Ticarət Gəmiçiliyi Məcəlləsinin və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”;
3.2. 19-cu maddənin 3-cü hissəsində “iddia qaldırılması Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 861.2-ci maddəsinə” sözləri “pretenziya və iddia qaldırılması “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci və 28-ci maddələrinə” sözləri ilə əvəz edilsin.
Maddə 4. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 7, maddə 599 (Cild I); 2024, № 8, maddə 932; Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 280-VIIQD nömrəli Qanunu) 2-ci maddəsinin mətni 2.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 2.2-ci maddə əlavə edilsin:
“2.2. Avtomobil nəqliyyatı sahəsində nəqliyyat-ekspedisiya xidmətlərinin göstərilməsi ilə bağlı münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Nəqliyyat haqqında” və “Nəqliyyat-ekspedisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq tənzimlənir.”.
