...

Britaniya Qrenlandiyaya cəmi bir hərbçi göndərib

Dünya xəbərləri Materials 15 Yanvar 2026 16:47 (UTC +04:00)
Britaniya Qrenlandiyaya cəmi bir hərbçi göndərib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Danimarkanın müraciəti əsasında “Arktik Dözümlülük” (Arctic Endurance) adlı hərbi təlimlərin hazırlığında iştirak etmək üçün öz Silahlı Qüvvələrinin nümayəndəsini Qrenlandiyaya göndərib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

Bildirilir ki, britaniyalı hərbçi təlimlərin başlanması ərəfəsində adaya göndərilmiş NATO üzvü olan digər ölkələrin hərbi qulluqçularından ibarət qrupa qoşulacaq.

Starmerin ofisinin nümayəndəsi qeyd edib ki, rəsmi London ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya Çin Xalq Respublikası və Rusiya tərəfindən mövcud olan təhlükə ilə bağlı narahatlığını bölüşür.

“Biz Prezident Trampın Uzaq Şimalda təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlığını bölüşürük. NATO və Birləşmiş Ekspedisiya Korpusu Uzaq Şimalda təhlükəsizliyi gücləndirir”, – deyə o vurğulayıb.

Britaniya hökumətinin nümayəndəsi əlavə edib ki, bu təlimlərin keçirilməsi Qrenlandiyanın təhlükəsizliyinin artırılmasının yollarından biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti