...

Ağsuda qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyat: saxlanılanlar var

Hadisə Materials 15 Yanvar 2026 12:30 (UTC +04:00)
Ağsuda qanunsuz narkotik dövriyyəsinə qarşı əməliyyat: saxlanılanlar var
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyat keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, tədbirlərlə 36 yaşlı Hikayət Quliyev və 25 yaşlı Taleh Abdurahmanov saxlanılıb. Onların idarə etdikləri avtomobildən və yaşadıqları ünvanlardan satış məqsədilə saxladıqları marixuana aşkar olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti