...

Könüllülük modelimiz Pakistanda (FOTO)

Cəmiyyət Materials 15 Yanvar 2026 17:44 (UTC +04:00)
Könüllülük modelimiz Pakistanda (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

14 yanvar 2026-cı il tarixində Pakistanın İslamabad şəhərində açılışı olan “ASAN xidmət” mərkəzində ASAN könüllüləri də fəaliyyət göstərirlər.

Trend xəbər verir ki, bu barədə “Asan xidmət” məlumat yayıb.

Bildirilib ki, ASAN könüllüləri sırasına "Pakistan ASAN Xidmət"də fəaliyyət göstərən gənclər də qoşulub.

Qeyd edək ki, könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 43 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 6500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3400-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti