...

Polis Kanberrada 10-dan çox partlayıcı qurğu aşkarladı

Dünya xəbərləri Materials 15 Yanvar 2026 16:11 (UTC +04:00)
Polis Kanberrada 10-dan çox partlayıcı qurğu aşkarladı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avstraliyanın Kanberra şəhərinin şimal-qərbində hüquq mühafizə orqanları son iki gün ərzində on bir ədəd kustar üsullar hazırlanmış partlayıcı qurğu aşkar edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hələlik heç kimə zərər yetirməmiş kiçik bombalar ictimai yerlərdə — yaşayış məhəllələrində, səkilərin və piyada yollarının yaxınlığında, həmçinin şəhər parklarında tapılıb. Polis vətəndaşları ayıq-sayıq olmağa çağırıb.

“Xəsarət alanlar barədə məlumat daxil olmayıb, lakin bu qurğuların istənilən şəxsin onu basdalaya və ya əlinə ala biləcəyi ictimai yerlərdə qoyulması bizi ciddi şəkildə narahat edir”, - deyə polis müfəttişi vəzifəsini icra edən Anna Vronski mətbuata verdiyi açıqlamada deyib.

Vronski qeyd edib ki, polis bunu terror aktı təşkil etmək cəhdi kimi qiymətləndirmir, lakin hadisəyə son dərəcə ciddi yanaşır və araşdırma aparır.

"Şəhər küçələrinə səpələnmiş partlayıcı qurğular kiçik metal borulara bənzəyir. Onların bir qismi polis gəlməmişdən əvvəl partlayıb, bəzilərini isə işə düşməzdən əvvəl aşkar etdik”, - deyə Vronski əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti