Bakı. Trend:
Avtomobil yollarında vəziyyət açıqlanıb.
Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, yanvarın 16-da bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti müşahidə olunacaq.
Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil
yollarının görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı
gözlənilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq.
