...

DSMF-nin büdcəsi ötən ilə nisbətdə 10.5% artıb

Cəmiyyət Materials 15 Yanvar 2026 12:31 (UTC +04:00)
DSMF-nin büdcəsi ötən ilə nisbətdə 10.5% artıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ildə DSMF-nin xərcləri 8 milyard 483 milyon manat təşkil edəcək.

Trend xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu büdcə ötən ilə nisbətən 10.5 faiz artım deməkdir:

"Bu il üçün DSMF-nin gəlirləri isə 8 milyard 323 milyon manat proqnozlaşdırılır. Büdcə xərclərinin kəsirinin maliyyələşməsi üçün isə DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılması nəzərdə tutulub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti