Bakı. Trend:
Şagird yerdəyişməsi ilə bağlı statistika açıqlanıb.
Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, 53 mindən çox şagird yerdəyişməsi qeydə alınıb:
"2025-2026-cı tədris ilinin I yarımilində ölkə üzrə 53 mindən çox şagirdin yerdəyişməsi uğurla tamamlanıb", - məlumatda bildirilib.
Qeyd edək ki, yerdəyişmə prosesi yanvarın 8-də dayandırılıb. 11-ci siniflər üzrə yerdəyişmə prosesi tədris ilinin sonunadək aktiv edilməyəcək.
Məktəbəhazırlıq qrupları və 1–10-cu siniflər üzrə yerdəyişmə prosesinin yenidən aktivləşdiriləcəyi tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
