...

İran milli dəstəklə öz ərazisini var gücü ilə müdafiə edəcək – Xarici işlər naziri

Dünya xəbərləri Materials 15 Yanvar 2026 14:29 (UTC +04:00)
İran milli dəstəklə öz ərazisini var gücü ilə müdafiə edəcək – Xarici işlər naziri
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran milli dəstəyə arxalanaraq ölkə ərazisini bütün xarici təhdidlər qarşısında var gücü ilə müdafiə edəcək.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl Bin Fərhanla telefon söhbətində deyib.

Onun sözlərinə görə, ölkədə baş verən dinc etirazlar 8-10 yanvar tarixində təşkilatlanmış terror qrupları tərəfindən iğtişaşlara çevrilib. Ölkələrin daxili məsələlərinə xarici müdaxilələr müxtəlif problemlərin yaranması ilə nəticələnir. Region ölkələrinin daxili məsələlərində xarici müdaxilələrin beynəlxalq səviyyəsində qınanılması əhəmiyyət kəsb edir.

Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl Bin Fərhan da regionda gərginliyin artması ilə əlaqədar mənfi nəticələr və regionun hazırkı vəziyyətindən nigaranlığını bildirib və bölgədə sülhün qorunması məqsədilə regional əməkdaşlıq və diplomatik vasitələrdən istifadənin olunmasının əhəmiyyətini qeyd edib.

Telefon söhbətində iki ölkənin xarici işlər nazirləri ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər haqda fikir mübadiləsi aparıb və bölgədə sülhün qorunması üçün birgə səylər və davamlı məsləhətləşmələrin aparılmasının əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də, say haqda məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti