Bakı. Trend:
İlk avropalı hərbçilərdən ibarət bölmələr yanvarın 15-də Qrenlandiyaya çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Vaşinqtonda keçən zirvə-görüşünün nəticəsiz qalmasından heç 7 saat keçməmiş Avropanın xüsusi təyinatlıları və kəşfiyyatçılarından ibarət ilk bölmələri Qrenlandiyaya daxil olub.
Bildirilir ki, hərbçiləri daşıyan “Hercules” nəqliyyat təyyarəsinin göyərtəsində Danimarka və Fransadan olan əsgərlər yer alıblar.
Qeyd edək ki, Danimarka krallığının müdafiə nazirliyinin nümayəndəsi Tobias Roed Yensen bildirib ki, Danimarkalı hərbçilər amerikalı hərbçilərin hücm edəcəyi təqdirdə cavab atəşi açmağa borcludurlar.
Onun sözlərinə görə, Danimarka hərbçilərinə 1952-ci il kral fərmanı ilə öz ərazilərini qorumaq hüququ verilib. Yensen əlavə edib ki, bu fərman bütün ölkəyə, o cümlədən Qrenlandiyaya şamil olunur. Krallığın müdafiə nazirliyinin nümayəndəsi izah edib ki, bu sənəd Danimarka hərbçilərinə ölkəni siyasi və ya hərbi rəhbərliyin göstərişini gözləmədən qorumağa imkan verir. Eyni zamanda, o, Danimarka hərbçilərinin ABŞ Silahlı Qüvvələrinin mümkün zərbəsinə necə cavab verəcəyi barədə konkret məlumat verməkdən imtina edib.
