Bakı. Trend:
2025-ci ildə Naxçıvan Muxtar Respublikasında 402,2 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunub.
Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, 2024-cü ildəki göstərici ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8% azalıb.
Bildirilib ki, bunun 223,1 milyon manatı bitkiçilik sahəsi üzrə, 179,2 milyon manatı isə heyvandarlıq sahəsi üzrə olub.
Bunlar da 2024-cü ildəki göstəriciyə nisbətən müvafiq olaraq 1% və 4,9% azalıb.
