...

Fransanın “IB2” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub

İqtisadiyyat Materials 12 İyun 2025 15:26 (UTC +04:00)
Fransanın “IB2” şirkəti ilə əməkdaşlıq imkanları müzakirə olunub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Fransanın “IB2” şirkətinin baş icraçı direktoru ilə görüşdə əməkdaşlıq imkanları müzakirə olunub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iqtisadiyyat naziri Mikayıl Cabbarov Fransanın "IB2" şirkətinin həmtəsisçisi və baş icraçı direktoru Romen Jirbal ilə görüşüb.

Görüşdə Azərbaycanın iqtisadi prioritetləri, əlverişli biznes mühiti, investorlar üçün yaradılan imkanlar barədə məlumat verilib, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti qeyd olunub.

Əməkdaşlıq müzakirəsində təbii resurslardan səmərəli istifadə, xammalın diversifikasiyası və istehsalda müasir texnologiyaların tətbiqinin dayanıqlı iqtisadiyyatda strateji əhəmiyyəti vurğulanıb. Alüminium sənayesi üzrə əməkdaşlıq və təcrübə mübadiləsi imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti