...

Qazaxıstan ailə institutunun möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir - Komitə sədri

Cəmiyyət Materials 12 İyun 2025 12:43 (UTC +04:00)
Qazaxıstan ailə institutunun möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir - Komitə sədri
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan ailə institutunun möhkəmləndirilməsi üzrə tədbirləri ardıcıl şəkildə həyata keçirir.

Trend xəbər verir ki, bunu Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin gənclər və ailə məsələləri üzrə komitəsinin sədri Kayrat Kambarov Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında deyib.

“Dövlət ailə institutunun möhkəmləndirilməsi, anaların və uşaqların qorunması, eləcə də, gender bərabərliyinin qorunması üzrə tədbirləri ardıcıl şəkildə həyata keçirir”, - deyə o bildirib.

Kambarov qeyd edib ki, ailə institutunun gücləndirilməsi və onun müsbət obrazının formalaşdırılması məqsədilə Qazaxıstanda genişmiqyaslı tədbirlər, festivallar və aksiyalar keçirilir. Uşaqlı analar üçün xüsusilə vacib olan güzəştli iş qrafiki imkanları da daxil olmaqla, hibrid məşğulluq formalarının inkişafı üçün tədbirlər nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti