...

Özbəkistan türk dövlətlərinin qadın sahibkarlarını bir araya gətirəcək onlayn platforma yaratmağı təklif edib

Cəmiyyət Materials 12 İyun 2025 12:49 (UTC +04:00)
Özbəkistan türk dövlətlərinin qadın sahibkarlarını bir araya gətirəcək onlayn platforma yaratmağı təklif edib
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistan türk dövlətlərinin qadın sahibkarlarını bir araya gətirəcək onlayn platforma yaratmağı təklif edib.

Trend xəbər verir ki, bunu Özbəkistanın məşğulluq və yoxsulluğun azadılması nazirinin müavini Rano Turdiboyeva Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasında deyib.

“TDT çərçivəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirərək, Özbəkistan qadınlara və ailələrə dayanıqlı regional dəstək sisteminin yaradılmasına yönəlmiş konkret təşəbbüslərlə çıxış etməyə hazırdır. Birincisi, qadın sahibkarlığı üçün rəqəmsal ekosistemin — bütün türk dövlətlərinin qadın sahibkarlarını birləşdirən vahid onlayn platformanın yaradılmasıdır. Bu platforma ənənəvi sənətkarlıq məhsullarının ticarət meydançasını, mentorluq sistemini və investorlar üçün məlumat bazasını əhatə edəcək”, — deyə o bildirib.

Bundan başqa, Turdiboyeva rəqəmsal texnologiyalar, birgə sərgilər, təlim proqramları və beynəlxalq sertifikatlaşdırma vasitəsilə türk ölkələrinin sənətkar qadınlarını bir araya gətirəcək “Qadın Yaradıcılığının İpək Yolu” mədəni-ictimai iqtisadi layihəsini işə salmağı təklif edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti