...

Azərbaycanda 400 tonadək arpa və buğda yığılıb

İqtisadiyyat Materials 12 İyun 2025 14:23 (UTC +04:00)
Azərbaycanda 400 tonadək arpa və buğda yığılıb
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 12-nə olan operativ məlumata görə, ölkə üzrə buğda sahələrinin 0,8 faizində, arpa sahələrinin isə 28,7 faizində biçin prosesi yekunlaşıb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bugünədək ölkə üzrə 4 141 hektar buğda, 122 265 hektar arpa sahəsi biçilib.

Sahələrdən 13 032 ton buğda, 381 604 ton arpa yığılıb. Orta məhsuldarlıq buğda üzrə 31,5 sent/ha, arpa üzrə isə 31,2 sent/ha təşkil edir.

Operativ məlumata görə, buğda üzrə ən yüksək məhsuldarlıq Salyan (50 sent/ha) və Bərdə (41,3 sent/ha) rayonlarında, arpa üzrə ən yüksək məhsuldarlıq isə Hacıqabul (48 sent/ha) və Oğuz (40 sent/ha) rayonlarında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti