Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp onun adını daşıyan “qızıl kart” - 5 milyon dollar qarşılığında Birləşmiş Ştatlarda yaşayış hüququ qazanmaq məqsədilə ərizələrin qəbulunu nəzərdə tutan xüsusi saytın işə salındığını elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Portalda peyda olan anketdə istifadəçilərdən tam adları, yaşadıqları bölgə, elektron poçt ünvanı, eləcə də, ərizəni fiziki şəxs qismində, yoxsa şirkət adından təqdim etdikləri sorğulanır. Qeydiyyat pəncərəsi prosesin yalnız ilkin mərhələsi sayılır.
Öz “Truth Social” hesabında Tramp minlərlə insanın ona “dünyanın ən qüdrətli dövlətinə və ən iri bazarına düşməyin yolları barədə sual verdiklərini” və “gözləmə siyahısının” artıq aktivləşdirildiyini bildirib.
Qeyd edək ki, Trampın “qızıl kart” vizası onu əldə edənlərə “yaşıl kartın” imtiyazlarından əlavə üstünlüklər verəcək və həmin şəxsin ABŞ vətəndaşlığı alması prosedurunu sürətləndirəcək.