...

Azərbaycanın qeyri-neft məhsulları ixracı 11%-dən çox artıb

İqtisadiyyat Materials 12 İyun 2025 12:23 (UTC +04:00)
Azərbaycanın qeyri-neft məhsulları ixracı 11%-dən çox artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyun sayının ilkin rəqəmlərinə istinadən xəbər verir.

2025-ci ilin yanvar-may aylarında yeyinti məhsulları üzrə ixrac 14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9%, şəkər 3 milyon ABŞ dolları və ya 30,1%, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5%, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3% artıb.

Qeyd olunan dövrdə ixrac olunan aqrar məhsullar 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.

Xəbər lenti

Xəbər lenti