...

Azərbaycan “İnterviziya-2025” mahnı müsabiqəsində iştirak edəcək

Dünya xəbərləri Materials 12 İyun 2025 17:54 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

20 ölkədən, o cümlədən Azərbaycandan olan iştirakçılar “İnterviziya” mahnı müsabiqəsində iştirak edəcəklər.

Trend rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə layihənin təşkilatçıları məlumat yayıb.

“Bu il müsabiqədə 20 ölkə iştirak edəcək: Azərbaycan, Belarus, Venesuala, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qatar, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Rusiya, Səudiyyə Ərəbistan, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan, CAR”, - məlumatda bildirilir.

Moskvanın Manejnaya meydanında artıq müsabiqənin başlanmasına qədər geri sayım saatı işə salınıb.

Qeyd edək ki, “İnterviziya - 2025” mahnı müsabiqəsi 20 sentyabr 2025-ci ildə Moskvada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti