...

Mərkəzi Bank “Katech” QSC-nin lisenziyasız ödəniş xidmətləri göstərdiyini aşkarlayıb

İqtisadiyyat Materials 12 İyun 2025 17:17 (UTC +04:00)
Mərkəzi Bank  “Katech” QSC-nin lisenziyasız ödəniş xidmətləri göstərdiyini aşkarlayıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Katech” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması üzrə bildiriş verilib.

Bu barədə Trend AMB-yə istinadən xəbər verir.

Məlumata əsasən, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ödəniş xidmətləri və ödəniş sistemləri sahəsində həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Katech” QSC tərəfindən Qanunla müəyyən edilmiş qaydada lisenziya alınmadan ödəniş xidmətlərinin göstərilməsi faktı aşkar olunub.

"Müvafiq pozuntu halı ilə əlaqədar “Katech” QSC barəsində “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 62.10-cu maddələrində nəzərdə tutulan tədbirlər Mərkəzi Bank tərəfindən görülmüş, o cümlədən “Katech” QSC-yə ödəniş xidmətlərinin göstərilməsinin dərhal dayandırılması barədə bildiriş göndərilib", - deyə məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti