Bakı. Trend:
III MDB Oyunlarında 23 idman disiplini üzrə 246 medal dəsti uğrunda mübarizə aparılacaq.
Bu barədə Trend-ə Bakı Şəhər Halqasından məlumat verilib.
Ən çox medal dəsti üzgüçülük üzrə-40 dəst olacaq. Komanda idman növlərində – futbol, voleybol, 3x3 basketbol və çövkən üzrə də qaliblər və ən dəyərli oyunçular (MVP) müəyyən olunacaq.
Yarışlar 12 idman məkanında keçiriləcək.
III MDB Oyunları 2025-ci il 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq.
Ümumilikdə, Oyunlarda MDB-yə üzv və dəvət olunmuş ölkələrin idmançı və rəsmi nümayəndələrin iştirakı gözlənilir.