...

Uranı zənginləşdirilməsini davam etdirəcəyik – Rəsmi Tehran

Dünya xəbərləri Materials 12 İyun 2025 18:33 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerji Agentliyinin İrana qarşı qətnamə qəbul etməsi fonunda ölkənin uran zənginləşdirməsini davam etdirəcəyini bəyan edib.

Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

“Beynəlxalq Atom Enerji Agentliyinin idarə heyəti şurasının çıxardığı qətnamə dəhşətli olsa da, biz uran zənginləşdirməsini davam etdirəcəyik və bu səmtdə yolumuza davam edəcəyik”,- deyə Pezekşian bildirib.

Qeyd edək ki, Beynəlxalq Atom Enerji Agentliyinin idarə heyəti şurası iyunun 12-də İranı nüvə silahının yayılmaması üzrə Tehranın götürdüyü öhdəliklərə yerinə yetirməməsini pisləyən qətnamə qəbul edib. Qətnamənin leyhinə 19, əleyhinə 3 ölkə səs verib, 13 ölkə bitərəf qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti