...

Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi azalıb

İqtisadiyyat Materials 13 İyun 2025 02:02 (UTC +04:00)
Gürcüstan iqtisadiyyatına qoyulan xarici investisiyaların həcmi azalıb

Bakı. Trend:

Cari ilin birinci rübündə Gürcüstan iqtisadiyyatına 179,4 milyon dollar xarici investisiya qoyulub ki, bu da 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 7,7 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, investisiyaların azalmasına səhm kapitalı və borc öhdəlikləri təsir edib. Statistikaya görə, 2025-ci ilin yanvar-mart aylarında investisiyaların həcmi 34,6 faiz, təkrar investisiyaların həcmi isə 150 milyon dollar təşkil edib.

Azərbaycan cari ilin yanvar-mart aylarında Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında beşinci yerdədir. İlk beşlikdə Çex Respublikası, ABŞ, Türkiyə və Virciniya adaları qərarlaşıb.

Məlumata görə, hesabat dövründə Gürcüstanda investisiya üçün ən populyar sektorlar enerji, informasiya və rabitə, istehsal, tikinti və nəqliyyat sektorları olub.

Xəbər lenti

Xəbər lenti