Bakı. Trend:
Xəzər dənizində maqnitudası 3 olan zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 06:46-da baş verib. Zəlzələ ocağı dənizin 30 kilometr dərinliyində yerləşib.
xxx
07:27
Xəzər dənizində 3,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Zəlzələ ocağı 17 kilometr dərinlikdə yerləşib.