...

Bakı və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanıldı

Cəmiyyət Materials 30 Dekabr 2024 13:47 (UTC +04:00)
Bakı və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər saxlanıldı
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşları tərəfindən ölkə ərazisində pirotexniki vasitələrin gizli satışını təşkil edən şəxslərə qarşı növbəti tədbirlər həyata keçirilib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, paytaxtın Sabunçu, Nərimanov, Xətai, həmçinin Abşeron, Saatlı və Beyləqan rayonlarında keçirilən tədbirlərlə partlayıcı maddələrin, pirotexniki vasitələrin satışı ilə məşğul olan daha 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti