Bakı. Trend:
Ukrayna Maliyyə Nazirliyi 2024-cü ildə beynəlxalq tərəfdaşlardan 41,7 milyard dollar xarici maliyyə cəlb edib.
Trend xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında məlumat verilib.
Maliyyə Nazirliyindən bildirilib ki, bu il büdcə dəstəyinin ən böyük donorları Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiya olub.