Bakı. Trend:
Dekabr ayının 21-də İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Ağdaş rayon sakini 1986-cı il təvəllüdlü Ramazanov Fərdi Rövşən oğlu gizli şəkildə 100 qram kokain tozu və 300 ədəd narkotik tərkibli güclü təsir edən ekstazi həbini ölkə ərazisinə keçirməyə cəhd göstərərkən saxlanılıb.
Bu barədə Trend-ə DSX-dən məlumat verilib.
Bildirilir ki, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik vasitələrin ölkə ərazisinə keçirilməsini təşkil edən cinayətkar qrupun digər üzvü 1993-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Neftçala rayon sakini Məmmədov Həsənağa Elçin oğlu müəyyən edilərək saxlanılmışdır.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.