Bakı. Trend:
Cənubi Koreya hakimiyyəti dekabrın 29-da Muan hava limanında "Jeju Air" reysi qəzaya uğradıqdan sonra ölkədəki bütün "Boeing 737-800" təyyarələrini yoxlayacaq.
Trend-in məlumatına görə, bu barədə "Yonhap" agentliyi xəbər verib.
Qeyd edək ki, hadisə nəticəsində təyyarədə olan 181 nəfərdən 179-u həlak olub. Bu, Koreya Respublikası tarixində onun ərazisində baş verən ən böyük təyyarə qəzası oldu. Ölkədə bir həftəlik matəm elan edilib. Sağ qalan iki nəfər ekipaj üzvləridir.